Ceyhun Sultanov: Azərbaycan Kubokunun yarımfinal cütləri arasında keçirilən matçlarda sürpriz baş vermədi

Ceyhun Sultanov: Azərbaycan Kubokunun yarımfinal cütləri arasında keçirilən matçlarda sürpriz baş vermədi

Yarımfinal cütləri arasında keçirilən matçlarda sürpriz baş vermədi.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri barədə danışıb: “Güclü olan komandalar finala vəsiqə qazandılar. “Neftçi”nin "Qarabağ"a qarşı oyunlarında qeydə alınan nəticələrdən aydın olur ki, komandada problemlər var. Bunları aradan qaldırmaq lazımdır”.

C.Sultanov “Qəbələ” – “Zirə” qarşılaşması barədə fikirlərini bölüşüb: “Bu komandalar arasında keçirilən ilk oyun “Qəbələ” üçün ümidverici idi. Lakin cavab görüşündə də məğlub oldular. Onları bu durumda görmək hər birimiz üçün ağırdır. Azərbaycan Kuboku son şansları idi. İnanaq ki, həvəsdən düşməyib, əvvəlki güclərini bərpa edəcəklər”.

Qeyd edək ki, "Qarabağ" iki oyunun (4:0, 4:1) nəticəsinə görə "Neftçi"ni, "Zirə" isə "Qəbələ"ni (2:1, 2:0) məğlub edib. Azərbaycan Kubokunun final matçı iyunun 2-də baş tutacaq.