Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə "İnterfaks"a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 23-dək instintaq təcridxanasında qalacaq.

Bu işdə adı keçən digər şəxs - nazir müavininin tanışı Sergey Borodin də eyni müddətə həbs edilib.

Məhkəmənin rəyinə görə, hər iki şəxs xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

T.İvanovun saxlanması xəbəri aprelin 23-ü axşam saatlarında yayılıb. O, Müdafiə Nazirliyində idarə obyektlərinin inşasına və əsaslı təmirinə nəzarət edib, Silahlı Qüvvələrin əmlakının idarə edilməsi, qoşunların yerləşdirilməsi, mənzil və tibbi təminatın təşkilinə cavabdeh olub.