Bakıda 14 yaşlı oğlan qonşusunu bıçaqlayıb

Bakıda 14 yaşlı oğlan qonşusunu bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.

Birxeber.Az xəbər verir ki, hadisə Binə qəsəbəsində yaşanıb.

2006-ci il təvəllüdlü Adişli Tacir Daxil oğlu qonşusu, 14 yaşlı şəxs tərəfindən bıçaqlanıb.

T.Adişli kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.