KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər

KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər

Ukraynakı müharibədən qayıtmış rusiyalı əsgərlər iki ildə Rusiyada 100-dən çox insanı qətlə yetirib.

“Report” xəbər verir ki, hesablamanı “Vyorstka” aparıb.

Nəşr bildirib ki, iki il ərzində Ukraynadakı müharibədən qayıtmış Rusiya ordusunun hərbçiləri azı 107 nəfəri öldürüb, yüzdən çox Rusiya vətəndaşını yaralayıb.

Araşdırmaya görə, bu cinayətləri 175 Rusiya hərbçisi, o cümlədən Vladimir Putinin əfv etdiyi 91 keçmiş məhkum, habelə 84 könüllü və ya Rusiya Federasiyasının hərbi qulluqçusu törədib.

Qeyd olunub ki, savaşdan qayıtmış rusiyalı hərbçilərin törətdiyi cinayətlərin əksəriyyəti məişət motivlidir və ya spirtli içkilərdən istifadə nəticəsində baş verir.