Şarl Mişel Prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Şarl Mişel Prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Birxeber.Az" xəbər verir ki, bunu Ş.Mişel "X" hesabında yazıb:

“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı ilə bağlı ən xoş arzularımı bildirdim”.

O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Avropa İttifaqı-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub:

“Ermənistan və Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”.