Səməd Bəşirli: "Macarıstan Azərbaycan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırıb"

Səməd Bəşirli: "Macarıstan Azərbaycan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırıb"

Macarıstan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard ABŞ dollarını ötüb və bu da əsasən neft-qaz sektoruna yönəlib.

“Birxeber.Az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

Onun sözlərinə görə, Macarıstan şirkətləri ticarət və xidmət, nəqliyyat kimi sahələrdə çox fəaldır və Azərbaycanda 18 şirkət fəaliyyət göstərir: “Onlar Qarabağda fəaliyyət göstərməkdə də maraqlıdırlar”.