Birxeber.az / Şarl Mişel Prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Şarl Mişel Prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

8-02-2024, 18:40

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Birxeber.Az" xəbər verir ki, bunu Ş.Mişel "X" hesabında yazıb:

“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı ilə bağlı ən xoş arzularımı bildirdim”.

O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Avropa İttifaqı-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub:

“Ermənistan və Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”.

Geri qayıt