Türkiyədə keçirilən beynəlxalq festival Bakıda da təşkil olunacaq

Türkiyədə keçirilən beynəlxalq festival Bakıda da təşkil olunacaq

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti də iştirak edir.

“Birxeber.Az”un Türkiyə bürosunun xəbərinə görə, Ankarada start verilən festival İstanbulda davam edib, Bakıda başa çatacaq.

Ankaradakı Yunus Əmrə Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Kukla Teatrının artistləri “Məlikməmməd” tamaşasını nümayiş etdiriblər. Tamaşa aprelin 28-də İstanbulda da göstəriləcək.

Beynəlxalq festival aprelin 30-da və mayın 1-də isə Bakıda keçiriləcək.

Festivalda Türkiyə, Azərbaycan, Almaniya və İtaliyadan teatr kollektivləri iştirak edir.

Tədbirə UNESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), TRT telekanalı, digər qurumlar təşkilati dəstək göstərirlər.