Özbəkistan parlamentinin komitə sədri: Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var

Özbəkistan parlamentinin komitə sədri: Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.

“Birxeber.Az” xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk dövlətləri arasında istər siyasi, istər ticari, istər investisiyaların qoyuluşu, eləcə də mədəni humanitar tədbirlərin yüksək səviyyədə davam etdirilməsi, zəruri olan hüquqi müqavilələrin imzalanması və digər proqramların icra olunmasına dəstəyi davam etdirmək tələb olunur:

"Bu sahədə müsbət nəticələrin əldə ediləcəyinə inanıram. Dövlət başçılarının illərlə davam etdirdiyi dostluq ümumilikdə regionda dostluq münasibətlərinin müsbət məcrada inkişafına təsir göstərəcək".