İsrail ordusu “İslami Cihad” təşkilatının komandirinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu “İslami Cihad” təşkilatının komandirinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu Qəzzanın Rəfah şəhərində Fələstinin radikal “İslami Cihad” təşkilatının hərbi qanadının komandirlərindən birini öldürüb.

Birxeber.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət təşkilatın yüksək rütbəli komandiri, Rəfah briqadasına rəhbərlik edən Ayman Zaarabdan gedir.

Qeyd edilib ki, Zaarab səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının endirdiyi zərbələr nəticəsində öldürülüb.