Süni intellektə malik F-16 ABŞ-da uğurlu təlim döyüşü keçirib

Süni intellektə malik F-16 ABŞ-da uğurlu təlim döyüşü keçirib

ABŞ döyüş təyyarələrini idarə etmək üçün süni intellektin (AI) sınaqdan keçirilməsini uğurla həyata keçirib.

"Birxeber.Az"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin naziri Frenk Kendall Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında müstəqil şəkildə təlim döyüşü keçirən F-16-nın kabinəsində olub.