Bakıda qəza törədən sürücü və yaxınları jurnalistlərə təzyiq göstəriblər - FOTO

Bakıda qəza törədən sürücü və yaxınları jurnalistlərə təzyiq göstəriblər  - FOTO

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü maşını bordürə çırpıb.

Nəticədə avtomobilə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzanı törədən sürücü və yaxınları ərazidə peşə fəaliyyətini yerinə yetirərək hadisəni işıqlandıran “Birxeber.Az TV”nin çəkiliş heyətinə təzyiq göstəriblər.

Onlar media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, operatorun kamerasına əl atıb, etik normalardan kənar ifadələr işlədiblər.

Polisin müdaxiləsindən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə bilib.