HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb

HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb

HƏMAS İsraillə “mərhələli” atəşkəs sazişi bağlamaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi HƏMAS-ın rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Eyni zamanda, Fələstin tərəfi İsraildən atəşkəs və münaqişəyə son qoyulması öhdəliyinə zəmanət tələb edir.

İsrail hələlik bu təklifə cavab verməyib.