Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin hazırda sözügedən ölkədə təcrübədə olduğu bildirilib. Bir neçə gün öncə Madridə yollanan Abasov əvvəlcə burada "Real" və "Barselona" komandaları arasında baş tutan oyunu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Jerar Martines müşayiət edir.