Primeyra Liqa: “Sportinq” vaxtından əvvəl çempion elan olunub

Primeyra Liqa: “Sportinq” vaxtından əvvəl çempion elan olunub

“Sportinq” vaxtından əvvəl futbol üzrə Portuqaliya çempionatının 2023/2024 mövsümünün çempionu olub.

“Birxeber.Az” xəbər verir ki, “yaşıl-ağlar” “Benfika”nın “Famalikanu”ya uduzması ilə mövsümün sonuna iki tur qalmış çempion elan olunublar.

Ruben Amorimin yetirmələrinin 84, “qartallar”ın isə 76 xalı var.

“Sportinq” 20-ci dəfə Primeyra Liqanın birincisi olub. Ötən mövsüm çempion “aslanlar”ın əzəli rəqibi “Benfika” olmuşdu.

Xatırladaq ki, daha əvvəl Amorim “Liverpul”a keçidlə bağlı şayiələr fonunda gələcəyinə aydınlıq gətirərək klubda qalacağına işarə etmişdi.