Şəkidə qəza zamanı piyada ölüb

Şəkidə qəza zamanı piyada ölüb

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-da saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.