Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkini, Ali Radanın keçmiş spikeri Vladimir Qroysman və Ukrayna Milli Təhlükəsizli və Müdafiə Şurasının rəhbəri Aleksey Danilovu axtarışa verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya DİN-nin bazasında məlumat yerləşdirilib.

Qeyd edək ki, Klimkin 2014-cü ilin iyunundan 2019-cu ilin avqustuna qədər Ukraynanın XİN başçısı vəzifəsində çalışıb.

Qroysman 2014-2016-cı illərdə Ali Radanın sədri olub. Danilov isə 2019-2024-cü illərdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri olub.