Premyer Liqa: "Səbail" – "Kəpəz" matçında məhsuldar bərabərlik qeydə alınıb 

Premyer Liqa: "Səbail" – "Kəpəz" matçında məhsuldar bərabərlik qeydə alınıb 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunları çərçivəsində "Səbail" "Kəpəz"lə qarşılaşıb.

"Birxeber.Az" xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçirilib.

Gərgin mübarizə şəraitində keçən matçda məhsuldar heç-heçə qeydə alınıb. Gəncəlilər fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. Lakin Şahin Diniyevin komandası ikinci hissədə geridönüş edərək 3:2 hesabı ilə önə keçib. Oyunun sonuna artırılan dəqiqələrdə isə bərabərlik qolunu vuran "Kəpəz" futbolçuları yekun hesabı müəyyənləşdiriblər - 3:3.

Bu nəticənin ardından bakılıların xalları 39-a "sarı göylərin" xalları isə 31-ə çatıb.

Qeyd edək ki, turun son matçında "Sabah" evdə "Qarabağ"la üz-üzə gələcək.