PSJ 12-ci dəfə Fransa çempionu olub

PSJ 12-ci dəfə Fransa çempionu olub

PSJ 2023/24-cü illər mövsümündə Fransanın futbol üzrə çempionatının qalibi olub.

“Birxeber.Az” xəbər verir ki, bu, çempionatın turnir cədvəlində ikinci yeri tutan "Monako"nun XXXI tur matçında məğlub olmasından sonra mümkün olub. Komanda "Lion"a 2:3 hesabı ilə uduzub.

Beləliklə, bütün klublar aktivində 70 xal olan PSJ-yə çatmaq üçün imkanlarını itiriblər. "Monako" turnir cədvəlində 58 xalla ikinci yerdədir. Fransa çempionatının gümüş medalları uğrunda "Brest" (56), "Lill" (55) və "Nitsa" (51) da mübarizə aparırlar.

Luis Enrikenin rəhbərlik etdiyi Paris klubu ardıcıl üçüncü dəfə ölkə çempionatını qazanıb. PSJ-nin aktivində milli çempionatda ümumilikdə 12 qələbə var.

Xatırladaq ki, PSJ ötən mövsüm də Fransa çempionu olmuşdu.

PSJ cari mövsümün Çempionlar Liqasında da mübarizəni davam etdirir. Paris komandası 4/1 finalda iki oyunun yekununa görə "Barselona"nı məğlub edib - 6:4, yarımfinalda isə "Borussiya" (Dortmund) ilə mübarizə aparacaq. İlk oyun mayın 1-də, cavab oyunu isə ayın 7-də keçiriləcək.