Balakəndə avtomobil azyaşlını vuraraq öldürüb

Balakəndə avtomobil azyaşlını vuraraq öldürüb

Aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Birxeber.Az-ya bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Araşdırma aparılır.