Bakıda iki avtomobil toqquşub, gənc qız yaralanıb

Bakıda iki avtomobil toqquşub, gənc qız yaralanıb

Bakının Nizami rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Məmmədli Neyjən Zamin qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .