Zelenski: "Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır"

Zelenski: "Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır"

Kiyev və Vaşinqton nümayəndələri yaxın on il üçün Ukraynaya hərbi və maliyyə dəstəyinin həcmi ilə bağlı danışıqlar aparır.

Birxeber.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna və ABŞ ikitərəfli təhlükəsizlik sazişi üzərində işləyir. "Biz bu il və növbəti on il üçün xüsusi dəstək səviyyələrini təyin etmək üçün çalışırıq", - deyə Zelenski qeyd edib.

Dövlət başçısı aydınlaşdırıb ki, söhbət hərbi, maliyyə və siyasi dəstəkdən, eləcə də birgə silah istehsalından gedir.