Türkiyədə polis nəfəri bölmədə atəş açıb, ölənlər var - YENİLƏNİB

Türkiyədə polis nəfəri bölmədə atəş açıb, ölənlər var  - YENİLƏNİB

Türkiyənin Adıyaman şəhərində polis bölməsində baş verən atışma zamanı iki hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Birxeber.Az xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.

“İki polis həlak olub, 8 polis yaralanıb”, - məlumatda deyilir.

İlkin məlumata görə, atəş açan şəxslə zərərçəkənlər arasında mübahisə yaşanıb.

***

00:01

Türkiyənin cənub-şərqində yerləşən Adıyaman şəhərində bir polis nəfəri polis bölməsində atəş açıb.

Birxeber.Az “TGRT”-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.