Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” konfransı keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan MR-in 100 illik muxtariyyət tarixindən bəhs edib.

F.Nəcəfli Prezident İlham Əliyevin uğurlu daxili və xaricı siyasəti nəticəsində Azərbaycanın dinamik və hərtərəfli tərəqqisini, o cümlədən Naxçıvan MR-də davamlı inkişaf proseslərini qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olaraq bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib.

Daha sonra “İqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsində mövcud çağırışlar” və “Naxçıvan MR-də əməyin mühafizəsi sahəsində perspektivlər” mövzularında panel müzakirələr aparılıb.

Konfransdan sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq Naxçıvan şəhərində əlilliyi olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.