Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb

Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb

Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuata açıqlamasında bildirib.

O, Gürcüstan və Ermənistanın həmişə strateji dost və tərəfdaş olduqlarını, bu reallığın bu gün rəsmiləşdirildiyini qeyd edib.

“Biz ənənəvi olaraq tarixən çox güclü müttəfiq, dostuq, təkcə qonşu deyilik. Bizim çox yaxşı tərəfdaşlığımız, münasibətlərimiz bütün istiqamətlərdədir. Bu gün bu reallıq, vəziyyət rəsmiləşib və biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında əməkdaşlıq sazişini imzaladıq”, - Qaribaşvili bildirib.