Seneqalda avtobus qəzası: 13 ölü, 40 yaralı var

Seneqalda avtobus qəzası: 13 ölü, 40 yaralı var

Seneqalda avtobusun aşması ilə nəticələnən ağır yol qəzası olub.

APA xəbər verir ki, bu barədə Seneqal mətbuatı ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə zamanı 13 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.

Avtobus cümə axşamı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə təxminən 23:00) Seneqalın mərkəzindəki kəndin yaxınlığında aşıb.