Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

"Birxeber.Az"un məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni sınağa çəkib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. "Köhlən atlar"da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub.

64-cü dəqiqədə Reziuan Mirzov "ağ-qaralar"ın təsəlli qoluna imza atıb.

İlk matçda rəqibini 4 cavabsız qolla üstələyən "Qarabağ" finala vəsiqə qazanıb.

Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək.