Azərbaycanla Başqırdıstan arasında 2 sənəd imzalanıb

Azərbaycanla Başqırdıstan arasında 2 sənəd imzalanıb

Bu gün Azərbaycanla Rusiyanın Başqırdıstan Respublikası arasında 2 sənəd imzalanıb.

"Birxeber.Az" xəbər verir ki, bu sənədlər Bakıda keçirilən Azərbaycan-Başqırdıstan Biznes Forumda imzalanıb.

Tərəflər 2 əməkdaşlıq haqqında saziş - Azərbaycanın Sərgi Təşkilatçıları Assosiasiyası ilə Başqırdıstanın Sərgi Şirkəti və Azərbaycanın "MT Group" ilə Başqırdıstanın "Başınkom" şirkəti imzalayıb.

İmzalanma mərasimində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı qeyd edib ki, bugünkü tədbirin məqsədi Azərbaycanla Başqırdıstan arasında qeyri -neft sektorunun inkişaf etdirilməsidir. Onun sözlərinə görə, bu imzalanan sənədlərin məqsədi iki ölkə arasında əlaqələrin inkişafını təşviq etməkdir.