Putinin sözçüsü İŞİD-in "Crocus"dakı terror aktında əli olması ilə bağlı versiyanı şərh etməyib
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İŞİD qruplaşmasının "Crocus City Hall"dakı terror aktında əli olması ilə bağlı versiyanı şərh etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü diqqəti Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarına yönəltməyə çağırıb.
Qeyd edək ki, sosial şəbəkələrdə məlum terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyinə dair videogörüntü yayılıb.