TikTok qadağası Baydenin səslərini azalda bilər

TikTok qadağası Baydenin səslərini azalda bilər

Ölkədə TikTok-un qadağasını nəzərdə tutan qanun layihəsini imzalaması ABŞ Prezidenti Co Baydenin seçki kampaniyasında səslərinə mənfi təsir göstərə bilər.

Birxeber.Az-nın xəbərinə görə, bu barədə “Bloomberg” araşdırma dərc edib.

Çinin “ByteDance” şirkətinin səhmlərini satmasından imtina etməsi ilə əlaqədar ABŞ-da belə qanun qəbul edilib. Ancaq Co Baydenin bu qanunu imzalamasının gənc seçicilərin Donald Trampı dəstəkləməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır.