Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB - FOTO
Martın 11-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib.
Birxeber.Az xəbər verir ki, ziyafətdə Azərbaycanın və Qazaxıstanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
***
Saat 19:19
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilir.
Birxeber.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.