Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə kəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyi iki obyekt müəyyən edilib. Obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.