ABŞ Qəzzaya dəniz dəhlizi yaratmağa başlayıb

ABŞ Qəzzaya dəniz dəhlizi yaratmağa başlayıb

ABŞ Qəzza zolağına humanitar yardımın çatdırılması məqsədi ilə dəniz dəhlizinin yaradılması üçün avadanlıqla təchiz olunmuş ilk gəmini göndərib.

Birxeber.Az xəbər verir ki, RİA Novosti bu barədə ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən xəbər verir.

Komandanlığın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin “General Frank S. Besson” gəmisi martın 9-da Lenqli-Eustis bazasını tərk edərək Şərqi Aralıq dənizinə doğru yola düşüb. Gəmi humanitar yüklərin çatdırılması məqsədi ilə müvəqqəti liman yaratmaq üçün avadanlıq daşıyır.

Pentaqonun məlumatına görə, dəniz dəhlizinin inkişafı üçün mindən çox hərbçi tələb olunacaq və bütün əməliyyat 60 günə qədər davam edəcək.