Rusiya məhkəməsi “JPMorgan”ın 439,5 milyon dollarına həbs qoyub

Rusiya məhkəməsi “JPMorgan”ın 439,5 milyon dollarına həbs qoyub

Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi “VTB”nin ölkədəki “JPMorgan” strukturlarına qarşı iddiası çərçivəsində şirkətin ümumi məbləği 439,5 milyon dollar olan vəsaiti üzərinə həbs qoyub.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Məhkəmə həmçinin şirkətin Rusiyadakı strukturlarına aid hər hansı qiymətli kağızlara, eləcə də paylara da həbs qoyub.

Öz növbəsində “JPMorgan”da “VTB”ni məhkəməyə verib və bankdan 440 milyon dolları geri almaq səylərini dayandırmağı tələb edib. İddia Manhettendə federal məhkəməyə verilib.