BMT-nin ali nümayəndəsi: Dünyanın müxtəlif ölkələrində müsəlmanlar ayrı-seçkiliyin qurbanı olur

BMT-nin ali nümayəndəsi: Dünyanın müxtəlif ölkələrində müsəlmanlar ayrı-seçkiliyin qurbanı olur

"Dünyanın müxtəlif ölkələrində müsəlmanlar qərəzin, ayrı-seçkiliyin qurbanı olur."

APA xəbər verir ki, bu fikirlər BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinosun Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransının iştirakçılarına ünvanlanan müraciətində qeyd olunub.

BMT-nin ali nümayəndəsi bildirib ki, müsəlmanlara, İslam dininə qarşı nifrət nitqi artır: "Müsəlmanlar, yəhudilər, ayrı-seçkiliklə üzləşir, ksenefobiya, islamofobiya elementləri artmaqdadır. Bütün inanclara hörmət, tolerantlıq vacibdir, bu dəyərlərin təşviqi vacibdir. Biz ayrı-seçkliyə qarşı mübarizə aparmalı, ədalətli sülhün olduğu, inklüziv dünya qurmalıyıq. Alyansımız bu istiqamətdə, ayrı-seçkiliyə qarşı mübarizə aparır".