Masallıda əmək yarmarkası keçiriləcək 

Masallıda əmək yarmarkası keçiriləcək 

Aprelin 30-da Masallı rayonunda növbəti əmək yarmarkası keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının dəstəyi ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.