Tatarıstanda Ali Tank Komandanlığı Məktəbi yanır - VİDEO

Tatarıstanda Ali Tank Komandanlığı Məktəbi yanır - VİDEO

Tatarıstanın paytaxtı Kazanda Ali Tank Komandanlığı Məktəbi yanır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, məktəbin ərazisində kazarmalar yanır, alov dam örtüyünə keçib. Yanğınla bağlı ikinci dərəcəli yanğın siqnalı verilib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.