"Xırdalan" klubunun baş məşqçisi: Bizi pley-offda çətin oyun gözləyir

"Xırdalan" klubunun baş məşqçisi: Bizi pley-offda çətin oyun gözləyir

Bizi pley-offda çətin oyun gözləyir.

“Report” xəbər verir ki, bunu “Xırdalan” basketbol klubunun türkiyəli baş məşqçisi Uğur Özdəmir deyib.

Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşma ərəfəsində klubun mətbuat xidmətinə danışan mütəxəssis görüşün maraqlı məcrada keçəcəyini söyləyib: “ Ağır, amma bir o qədər də zövqlü oyun olacaq. Hazırda komandamızda yüngül zədəli oyunçular var. Buna baxmayaraq, bütün komanda olaraq turu keçmək üçün hazır durumdayıq. Şansları 50-nin 50-yə dəyərləndirərdim. Azarkeşlərimizi bu gözəl oyunu izləmək və bizə dəstək olmaq üçün “Sərhədçi” İdman Mərkəzinə dəvət edirəm.

Qeyd edək ki, “Xırdalan” – “Neftçi” qarşılaşması aprelin 30-u, saat 19:30-da başlayacaq.