Monqolustanda 5,8 bal gücündə zəlzələ olub

Monqolustanda 5,8 bal gücündə zəlzələ olub

Monqolustanda 5,8 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələ Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda qeydə alınıb.

Qeydə alınan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.