Ərdoğan Azərbaycanla bağlı sazişi imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.
Birxeber.az xəbər verir ki, sazişin təsdiqi barədə Türkiyənin rəsmi dövlət qazeti məlumat yayıb.
Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.
Qeyd edək ki, sazişdə tərəflərin Azərbaycandan və üçüncü ölkələrdən öz əraziləri vasitəsilə təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığı genişləndirmək niyyəti öz əksini tapıb.