Fransanın Bakıdakı səfirliyi: Biz Azərbaycan xalqının kədərinə şərikik

Fransanın Bakıdakı səfirliyi: Biz Azərbaycan xalqının kədərinə şərikik

Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik”, - paylaşımda qeyd edilib.

Diplomatik nümayəndəlik vurğulayıb ki, belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasına çalışmaq lazımdır.