Almaniyada elektrik və yanacaq 41 faiz bahalaşıb

Almaniyada elektrik və yanacaq 41 faiz bahalaşıb

Almaniya vətəndaşları 2024-cü ildə 2021-ci illə müqayisədə elektrik enerjisi, istilik və yanacağa 41 faizə qədər daha çox pul ödəyirlər.

Birxeber.Az-nın xəbərinə görə, bu barədə “Funke” qəzeti “Verivox” istehlak araşdırma portalının tədqiqatına istinadən məlumat yayıb.

Tədqiqat zamanı şərti olaraq 3 nəfərlik ailə əsas götürülüb. Beləliklə, 3 il əvvəl bir ailənin elektrik, istilik və yanacaq xərcləri 3,7 min avro təşkil edibsə, hazırda bu göstərici 1,5 min avro daha çoxdur.

Qeyd edilib ki, 2021-ci ildə COVİD-19-la qlobal enerji böhranı başlayıb, neft, qaz və elektrik enerjisinin çatışmazlığı və qiymət artımı müşayiət olunub, 2022-ci ildə Ukrayna böhranının başlanması ilə bu tendensiya güclənib.