Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub

Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub

Sakit okeanda, Panama sahillərində 5,5 maqnitudada zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfər əhalisi olan Burika şəhərindən 76 km cənub-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.