Dneprin sol sahilindən yenidən hücum gözləyən Xersondan FOTOREPORTAJ

Dneprin sol sahilindən yenidən hücum gözləyən Xersondan FOTOREPORTAJ

Ukraynanın Xerson vilayətində ilyarım əvvəl azad etdiyi Dnepr çayının sağ sahilində vəziyyət yenidən gərginləşib.

Çayın sağ sahilində yerləşən Xerson şəhərinin özü də dayanmadan sol sahildən, Rusiya ordusu tərəfindən intensiv artilleriya və dron hücumlarına məruz qalır.

Vəziyyət o qədər gərginləşib ki, qarşı tərəfin daimi atəşi altında olduğu üçün təhlükəli olduğundan jurnalistlər və polislər üçün şəhərdə Dneprin sahilinə yaxınlaşmağa icazə verilmir.

Vilayətin hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin şəhərdən reportaj hazırlayan "Report"un Şərqi Avropa bürosunun əməkdaşına bildirib ki, istənilən hücumu dəf etməyə hazırdırlar: "Düşmən istənilən fantaziya arxasınca gələ bilər, amma onların işğalı bu dəfə alınmayacaq".