Azərbaycan ABŞ-la maliyyə sahəsində kibertəhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan ABŞ-la maliyyə sahəsində kibertəhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan bankçılıq missiyası ABŞ Xəzinədarlıq Departamentində növbəti görüş keçirib.

"Birxeber.Az-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrə qatılıb.

"Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik" - AMB sədri özünün "X" sosial media hesabından qeyd edib.