Türkiyədə gəmi batıb

Türkiyədə gəmi batıb

Mərmərə dənizində yük gəmisi batıb, ekipaj üzvlərinin xilas edilməsinə başlanılıb.

APA xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

Bildirilib ki, İmralı adasının cənub-qərbində Mərmərə dənizində 69 metr uzunluğunda "BATUHAN A" yük gəmisi batıb. Sahil Təhlükəsizlik Xidmətinin Baş İdarəsinə məxsus xilasetmə qayıqları hadisə yerinə yönəldilib.

Türkiyə vətəndaşı olduğu ehtimal edilən 6 nəfərlik heyətin xilas edilməsi üçün tədbirlər həyata keçirilir.