Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi üçün yeni nailiyyətlər diləyirəm.

Əminəm ki, xalqın etimadı Azərbaycan Respublikasına daha yeni uğurlar gətirəcək və Sizin liderlik əzminiz gələcək məqsədlərə çatmaqda mühüm rol oynayacaq.

Əminəm ki, bu fürsətdən istifadə edib ölkələrimizi uzun müddətdir bir-birinə bağlayan qarşılıqlı etimada və hörmətə əsaslanaraq dövlətlərimiz arasındakı möhkəm dostluğu və strateji tərəfdaşlığı daha da gücləndirəcəyik. Həmçinin regionumuzun və xalqlarımızın əmin-amanlığı və rifahı naminə səylərimizi artıraraq Sizinlə sıx əməkdaşlıq etməyə ümidvar olduğumu bir daha bildirirəm.

Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə bir daha səmimi-qəlbdən yeni uğurlar diləyirəm”.