Azərbaycanın basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçilik seminarını uğurla tamamlamış uşaq məşqçilərinə sertifikatların təqdim olunma mərasimi baş tutub.
ABF-dən "Report"a verilən məlumata görə, federasiya rəsmiləri tərəfindən seminarı uğurla tamamlamış 44 məşqçidən 9-u B, 35-i isə C kateqoriyalı sertifikatlarla təltif olunub.
Qeyd edək ki, uğursuz nəticə göstərən məşqçilər üçün ABF tərəfindən yay aylarında yenidən seminarlar təşkil olunacaq.