Aleksandr Kerjakov “Sabah”ın yeni baş məşqçisi ola bilər

Aleksandr Kerjakov “Sabah”ın yeni baş məşqçisi ola bilər

Aleksandr Kerjakov “Sabah”ın yeni baş məşqçisi ola bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı mütəxəssis Azərbaycan klubu ilə danışıqlar aparır. Onunla həmçinin Özbəkistanın bir klubu da maraqlanır. Rusiyalı çalışdırıcı özü bir müddət əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.

Aleksandr Kerjakovun son klubu 2023-cü ilin noyabrında ayrıldığı Serbiya “Spartak”ı olub. O, daha əvvəl “Tom”, “Nijni Novqorod”, “Karmiotissa”da, eləcə də Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında fəaliyyət göstərib.

Qeyd edək ki, “Sabah” Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalıb.