QH Gənclər Təşkilatının nümayəndəsi: Seçki prosesi şəffaf şəkildə təşkil edilib

QH Gənclər Təşkilatının nümayəndəsi: Seçki prosesi şəffaf şəkildə təşkil edilib

"Bakıda yerləşən 1, 2, 7 və 8 saylı məntəqələrdə müşahidə aparmışıq. Seçkilərin beynəlxalq hüququn normalarına riayət etdiyini müşahidə etmişik".

Birxeber.Az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Uqandadan olan nümayəndəsi Jakob Eyeru deyib.

O bildirib ki, seçki prosesinin bütün tələbləri təşkilatı qane edib:

“Heç bir yönləndirmə olmadan özümüz istədiyimiz seçki məntəqələrində müşahidə aparmışıq. Eyni zamanda, bülletenlərin sayılması prosesində iştirak etmişik. Seçki prosesi Azərbaycanın milli seçki qanunvericiliyinin direktivləri çərçivəsində açıq, azad və şəffaf şəkildə təşkil edilib.

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı olaraq bu bizim seçkilərdə ilk uğurlu müşahidəmiz oldu. Azərbaycan bununla bir ilki həyata keçirdi və gənclər təşkilatlarının fəaliyyətinə necə önəm verdiyini nümayiş etdirmiş oldu”, - Jakob Eyeru əlavə edib.